M.Eriksson: “Skandinaviya yarışı Formula1 üçün xeyirli olar”

Sauber komandasının sürücüsü Markus Eriksson bildirib ki, əgər Formula1 şimala qayıtsa, fanlar maraqlı yarışlar görə bilərlər...

F-1.az xatırladır ki, İsveçdə Formula1 yarışı sonuncu dəfə 1978-ci ildə keçirilib. Həmin yarış Anderstorpda keçirilib və sayca 6-cı İsveç QP olub.

Hazırda peletonda bir isveçli (Markus Eriksson), iki finlandiyalı (Kimi Rəykkönen və Valtteri Bottas) və bir danimarkalı (Kevin Maqnussen) sürücü var. Beləliklə, 2016-cı ildə Formula1-də Skandinaviya və qonşu ölkələrdən 4 sürücü olacaq.

Sauber komandasının isveçli sürücüsü Eriksson bildirib ki, hazırda Skandinaviya QP-nin keçirilməsi çətin görünür, amma həmin bölgədəki F1 sevgisi yarışın keçirilməsinə kömək edə bilər: “Düşünürəm ki, Skandinaviya QP uzun illər ərzində keçirilməyəcək, amma Şimali Avropada bir yarışın olması mükəmməl olardı.

Formula1-də İsveçdən və Finlandiyadan sürücülər var. Eyni zamanda Skandinaviyanın avtoidman mədəniyyəti var. Ona görə də şimalda bir yarışın olması yaxşı olardı. Bu yarışa minlərlə adam baxardı.

Hazırda F1 yarışı keçirmək çox baha başa gəlir və mən düşünmürəm ki, İsveçin o qədər pulu olsun. Amma Skandinaviyada keçiriləcək yarışa böyük maraq olardı”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*