F-1.az xatırladır ki, Sauber komandasının maliyyə vəziyyəti get-gedə pisləşir və isveçrəlilər vəziyyətdən çıxmaq üçün bəzi sponsorlarla danışıqlar aparsalar da, ortada heç bir nəticə yoxdur.
Keçən həftə xəbər çıxdı ki, komanda 600 işçinin mart ayındakı maaşını ödəyə bilməyib və Çində yarışmama ehtimalları var, amma Markus Erikssonun sponsorları komandaya lazımi ödəmələr ediblər və isveçrəlilər Çin yarışında iştirak edə biləcəklər.
Eje Elq, Erikssonun meneceri: “Sauber-in maliyyə problemləri barədə şərh verə bilmərəm, amma onu deyə bilərəm ki, onlar problemləri həll etməyə çalışırlar. Qısa müddət üçün problemlər həllini tapdı və onlar Çində iştirak edə biləcəklər”.