F-1.az xatırladır ki, Eriksson keçən il gözlənilmədən Sauber-ə transfer olunmuşdu və bu mövsüm komanda yoldaşı Nasrdan daha sürətli görünür. İsveç mətbuatınnın verdiyi xəbərə əsasən, Erikssonun əsas sponsorlarından olan Tetra Pak şirkəti Sauber komandasını almağa hazırlaşır. Əgər bu müqavilə baş tutsa, isveçli sürücü komandada qalacaq.
Markus Eriksson: “Mövsüm bizim üçün çətin keçir. Maddi problemlərə görə hər yarış eyni bolidlə yarışırıq və işlər istədiyimiz kimi getmir. Bu mövzu üçün həll yolu tapdığım üçün xoşbəxtəm. Bu müqavilə ilə komanda daxilindəki atmosferin dəyişəcəyini hiss edirəm”.
Qeyd edək ki, komandanın gələn il də Eriksson və Nasrla davam edəcəyi gözlənilir…