M.Eriksson: “Qəzadan əvvəl komanda mənə “hücum et” dedi”

Sauber komandasının sürücüsü Eriksson iddia edir ki, komanda onu Felipe Nasra hücum etmək barəsində xəbərdar etməyib.

F-1.az xatırladır ki, Rascasse-dakı qəzadan sonra Eriksson trasda 3 dövrə vurmasına baxmayaraq, yarışı vaxtından əvvəl bitirib və beləliklə, Sauber komandası iki sürücüsü ilə də yarışxarici qalıb.

Qəzadan əvvəl komanda Nasra göstəriş verib ki, Erikssonu buraxsın, ancaq braziliyalı sürücü bu göstərişə qulaq asmayıb. Eriksson hücum edəndə isə insident baş verib.

Stüardlar bu insidentə görə isveçli sürücünü günahkar sayıblar və Eriksson Kanada yarışının startında 3 yer itirəcək. Eriksson hadisə ilə bağlı bunları deyib: “UltraSoft təkərlərlə özümü güclü hiss edirdim. Hər dövrə Nasra 3-4 saniyə yaxınlaşırdım. Komandadan vəziyyətlə bağlı məlumat aldım və mənə dedilər ki, o sənə yol verəcək, çünki sürət fərqi çox idi.

7-8 dövrə ərzində mənə yol vermədi. Mən də komandaya “Baxın, çox vaxt itirirəm” dedim və hücuma keçəcəyimi bildirdim. Komanda da mənə “Oldu. Hücum edə bilərsən” dedi.

Onun arxasında çox gözlədim Bottasın hücumundan və GP2-də gördüklərimdən sonra bilirdim ki, orada ötmə edə bilərəm. Təbii ki, gözlədiyim nəticəni ala bilmədim. Bu problemi həll edib, növbəti yarışlara fokuslanacağımıza əminəm. Mübarizə aparmaq çətin idi. Bu hadisəni unutmalıyıq. Bundan əvvəl GP2-də bu cür hallar yaşamışdıq”.

Qəzadan sonra Felipe Nasr özünü haqlı görüb. Braziliyalı sürücüsü düşünür ki, komanda əmrlərinə baxmayaraq, sürücü öz yerini qoruma haqqına sahibdir: “Çox lazımsız yerə yarış bitdi. Pit yolundan başlamağımıza baxmayaraq, əla yarış keçirirdik və sonu belə oldu.

Erikssonun ötməsi üçün icazə istədiklərini eşitdim, amma bunun üçün doğru zaman olmadığını düşünürdüm. Yol vermək üçün heç bir səbəb görmədim. Nəticədə mən də öz yarışımı keçirirdim.

Pit-Stopdan sonra liderlərin önündə qaldım və 3 dövrə ərzində mavi bayraqlara görə yavaşlamalı idim. Yenidən sürətlənməyə başladığımda isə Markusun təkərləri daha yaxşı vəziyyətdə idi.

Amma mən də sürətlənirdim və Manor-un arxasında olan Qrojana hər dövrə 2 saniyə yaxınlaşırdım. Qəzadan əvvəl Qrojanla aramızdakı fərq 1 saniyəyə düşmüşdü. Önümüzdəki rəqiblərimizə çatırdıq. İki bolidin də yarışxarici olması çox yersiz oldu.

Komanda əmrləri ola da bilər, olmaya da bilər. İki bolid də trasda olmalıdır. Nəticədə biz komanda yoldaşıyıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*