M.Eriksson qayıdır?

Alfa Romeo komandasının sabiq sürücüsü Markus Eriksson yenidən Formula1-ə qayıda bilər.

F-1.az bildirir ki, İndyCar üzrə Portlənd Qran Prisində Erikssonun əvəzinə Konor Dali yarışacaq. Buna səbəb isə isveçli sürücünün Alfa Romeo tərəfindən çağırılması olub. Hələ rəsmi açıqlama verilməsə də, beşillik Formula1 təcrübəsi olan Eriksson idmana qayıda bilər. Lakin komanda verdiyi açıqlamada bildirib ki, Covinatsi Belçikada yarışacaq. Belə olan halda Eriksson boksda ehtiyat sürücü kimi gözləyəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*