M.Eriksson məyusdur

Sauber komandasının sürücüsü Markus Eriksson mövsümün ilk yarışından sonra məyusluğunu gizlətməyib.

F-1.az xatırladır ki, isveçli sürücü Avstraliya yarışının ilk dövrələrində sükanın gücləndiricisi probleminə görə mübarizəni dayandırmışdı.

Markus Eriksson: “Həftəsonu ərzində o qədər işlədikdən sonra yarışda məyus oldum. Yaxşı başlamışdım və bolidimiz sürətli idi. Mübarizəyə hazır idim. Amma 6-cı dövrədə hidravlik problemə görə mübarizəni dayandırdım. Artıq əlimizdəki məlumatlara baxaraq, Bəhreynə hazırlaşacam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*