F-1.az xatırladır ki, iki sürücü 2018-ci ildə Alfa Romeo komandasında birgə çıxış etmiş və Lekler daha təcrübəli komanda yoldaşını məğlub etmişdi.
Markus Eriksson: “İlk yarışımızdan sonra bu uşaqda xüsusi istedad olduğunu demişdim. Onun Ferrari-də Fettellə yarışacağını eşitdiyimdə bilirdim ki, güclü olacaq, amma o, mənim gözləntilərimi də üstələdi. O, xüsusi sürücüdür. Necə pilot olduğumu öyrənməyimdə mənə çox kömək etdi”.