F-1.az xatırladır ki, Eriksson Meksikada 11-ci yeri tutub. İsveçli sürücü düşünür ki, komanda Sinqapurdakı yeniliklərdən sonra hər həftə daha da güclənir: “Xal almağa çox yaxın idik. Sinqapurda istifadə etdiyimiz yeni aerodinamik paketdən sonra hər yarış, hər həftəsonu daha da güclənirik.
Ostin bizim üçün əla keçdi və Meksikada daha da güclü idik. Doğru yoldayıq və bunu davam etdirməliyik. Təslim olmamalıyıq. Növbədə iki yarış var. O yarışlarda da bu cür performans göstərsək, xal alacayıq”.
İsveçli sürücü Mercedes, Ferrari, Red Bull, Force İndia və Williams sürücülərindən sonra ən yaxşı nəticəni əldə etmiş və 11-ci olmuşdu.
Markus Eriksson: “Xal almaq üçün buradayıq və bu dəfə çox yaxın idik. 11-ci olmaq əsəblərimi pozur. Bu bizim üçün ən yaxşı fürsət idi.
Sıralanma turunda yaxşı performans göstərmişdik. Qorxurduq ki, yarış tempimiz olmayacaq. Son iki yarış bizim üçün pis keçmişdi. Amma bu dəfə yarış tempimiz yaxşı idi və çox təəccübləndim. Yaxşı performans göstərdik. Böyük ehtimalla Formula1-dəki ən yaxşı yarışım idi. Doğrudan da sevincliyəm”.
Eriksson Meksikada Sauber-in inkişaf etdiyini düşünür: “Medium təkərlərlə yarışmağımıza baxmayaraq, tempimiz McLaren və Toro Rosso sürücüləri ilə eyni idi. Bu yarışda inkişaf etmişdik. Cümə günü etdiyimiz dəyişikliklər yaxşı işlədi və bizə kömək etdi”.