M.Eriksson: “İdmanda qalmaqçün güclü olmalıyam”

Sauber komandasının sürücüsü Markus Eriksson bildirib ki, Formula1-də qalmaq üçün var qüvvəsi ilə yarışmalıdır.

F-1.az xatırladır ki, isveçli sürücü 2014-cü ildən Formula1-də çıxış edir və heç vaxt komanda yoldaşlarına qarşı üstünlük qazana bilməyib. Eriksson çıxdığı 76 yarışdan 5-də xal qazanıb və son iki ildə mövsümü xalsız bitirib.

Markus Eriksson: “Mövsümün əvvəli həmişə maraqlı olur. Hazırda hamı həyəcanlıdır. Harada olduğumuzu görmək üçün səbirsizlənirəm. Son iki mövsüm mənim üçün çətin keçdi. Çox işləsək də, nəticə qazana bilmədik. Özümə inanıram və ümid edirəm ki, yaxşı nəticələr alarıq. Alfa Romeo tərəfdaşlığı Sauber üçün vacibdir. Belə bir ortaq bizim inkişafımıza kömək edir.

Yaxşı nəticələr göstərə bilərəm. Özümü isbatlamaq zamanıdır. Bundan başqa Ferrari-nin cari mühərriyindən istifadə edəcəyik. Bolid də yenidir. Amma bu, bizim işimizi çətinləşdirir. Çünki hər şey yenidir və anlamağa vaxt lazımdır. Şarlla birgə işləməliyik. Aramız yaxşı olsa da, ən böyük rəqibiniz komanda yoldaşınızdır. Şarldan çox şey gözləyirlər və bu hal mənə kömək edəcək. Onu qabaqlasam, etibarım artar. Formula1-də 20 yer var və hamı orada olmaq istəyir. Çətin vəziyyətdir və idmanda qalmaq üçün yaxşı nəticələr almalıyam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*