M.Eriksson həyəcanlıdır

Sauber komandasının sürücüsü Markus Eriksson bildirib ki, çox həyəcanlıdır.

F-1.az xatırladır ki, isveçli sürücü Formula1-dəki 5-ci mövsümünü keçirəcək və əvvəlki mövsümlərdə heç bir komanda yoldaşını geridə qoya bilməyib.

Markus Eriksson: “Sauber-dəki 4-cü mövsümüm olacaq. Uzun illərdir ki, bu komanda ilə işləyirəm və necə böyüdüklərini bilirəm. Bu il növbəti addımı atmaq üçün şansımız var. Bu, həyəcanvericidir. Alfa Romeo-nun qayıdışı inanılmaz motivasiya verəcək. Sadəcə sürücülərə yox, mexaniklərə, mühəndislərə və işçilərə böyük motivasiya verəcək. Bolidin rəngini də sevdim. Gözəl çalardır və trasda gözəl görünəcək. Əfsanəvi Alfa Romeo-nu təmsil etdiyimiz üçün sevincliyik. Uğurlu olmaq üçün bütün təcrübəmdən istifadə edəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*