F-1.az xatırladır ki, Sauber komandası keçən il Ferrari-nin 2016-cı il mühərriklərindən istifadə etmiş və bu amilə görə rəqiblərinə çox uduzmuşdu.
Markus Eriksson: “Məncə, Ferrari ilə eyni mühərriyə sahib olmaq böyük addımdır. Komandanın özünə inamı da çoxdur. Bolidin eskizini gördüm və gözəl görünür.
Alfa Romeo kimi tarixi marka Formula1-ə qayıdıb. Bu da o deməkdir ki, Ferrari inkişafımıza maksimum dəstək verəcək”.