M.Eriksson əlamətdar xala görə xoşbəxtdir

Sauber komandasının sürücüsü Markus Eriksson komandasına xallar qazandırdığı üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, isveçli sürücü Bəhreyn yarışında 9-cu olaraq 3 ildən sonra ilk dəfə xal qazanıb. Bu, həm də Alfa Romeo-Sauber tərəfdaşlığının da ilk xalları olub.

Markus Eriksson: “Mövsümün əvvəlində Alfa Romeo tərəfdaşlığının ilk xallarını qazanmaq əla oldu. Bu xallar həm buradakı, həm də bazadakı işçilərimiz üçün əla hədiyyədir. Tək pit-stoplu strategiya seçdik, ancaq həm təkərlərə, həm də yanacağa qənaət etməli idik. Təkərlərə yaxşı nəzarət etdik. Komanda mükəmməl iş gördü. Nəticədən razıyam. Bu uğurun davamını gətirmək istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*