F-1.az xatırladır ki, dünən keçirilən sərbəst yürüşlərin 3-cü sessiyasında ağır qəzaya uğrayan sürücü xəstəxanaya aparılmışdı. Ağrılarının olduğunu bildirən Erikssonun yarışa çıxa bilib-bilməyəcəyinə bu gün həkimlər qərar verməli idi. Bu gün səhər həkimlər tərəfindən aparılan yoxlamalardan sonra onun yarışmasına icazə verilib.
Sıralanma turunda iştirak etməməsinə baxmayaraq, sərbəst yürüşlərdə göstərmiş olduğu nəticəyə görə hakimlər də onun yarışmasına icazə veriblər. Komanda isə onun üçün ehtiyat şassini yarışa hazırlayıb. Ötürmələr qutusu isə dəyişdirilib. Eriksson yarışa pit yolundan başlayacaq.