M.Erikson: “Ferrari mühəndisləri yeni mühərrikdən çox razıdırlar”

Ferrari 2016-cı ildə Mercedes-ə çatmaq üçün işləyir və deyilənlərə görə, mühərrik üzərində ciddi dəyişikliklər ediləcək.

F-1.az xəbər vermişdi ki, Ferrari mühərriklərindən istifadə edən komandalardan biri olan Sauber yeni maşınını mart ayının ilk günlərində keçiriləcək mövsümöncəsi ikinci testlər ərəfəsində təqdim edəcək. İlk testlərə isə  2016-cı ilə uyğun modifikasiya edilmiş 2015-ci il maşını ilə qoşulacaq.

Markus Erikson: “Əlbəttə, bu, ideal vəziyyət deyil. Amma yenə də ilk testlərdən xeyli şey öyrənmək mümkün olacaq. Təkərlər haqqında məlumat əldə etmək, yeni hissələri və sazlanmaları yoxlamaq mümkün olacaq.

Ferrari-nin hazırladığı yeni mühərrik barədə məlumatım çox deyil. Amma onların mühəndislərinin müərrikdən razı olduqlarını eşitdim. Ferrari və Haas ilk testlərdə yeni mühərrikdən istifadə edəcəklər. Bu, aşkar oluna biləcək problemlərin vaxtında həllinə kömək edəcək. Mühərrikin etibarlılığı barədə şübhəm yoxdur”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*