F-1.az xatırladır ki, Bakıda çıxan təhlükəsizlik maşınına görə Həmilton pis vəzityətdə qalmışdı. Lakin onun performansı yaxşı idi.
Mayk Elliot: “Fürsət olduqca bütün yarışlara yeniliklər gətirməyə çalışırıq. Bakıya bu tras üçün lazım olan – soyutmanı artıran yeni arxa qanad və əyləc soyutma sistemi üçün yeniliklər gətirdik.
Bundan başqa asılqan linklərini yenilədik və deflektorlarda dəyişikliklər etdik. Bütün bunlar mövsümün hazırkı mərhələsi üçün lazımi yeniliklərdir.
Düzgün sazlanmaları tapmaq çox çətin idi, çünki əlimizdə sadəcə birsaatlıq sərbəst yürüşlər var idi. Trasın yeni asfalt qatı da işimizi çətinləşdirdi, çünki yeni asfaltın təkərlərə necə təsir edəcəyini bilmirdik.
Lyuis və Corc fərqli sazlanmalarda işləsələr də, Lyuisi düzgün vaxtda trasa çıxarmadıq. Nəticədə iki sazlanmanı müqayisə etmək çox çətin idi. Komanda olaraq düzgün sazlanmaları seçib-seçmədiyimizi bilmirik.
Yarışı izlədinizsə, Lyuisin bəxtinin gətirmədiyini gördünüz. Təhlükəsizlik maşınının nə vaxt çıxacağını proqnozlaşdırmaq çətindir. Təhlükəsizlik maşını onin pitindən sonra çıxdığı üçün itirdi. Əgər onun piti təhlükəsizlik maşını vaxtı olsa, Red Bull və Ferrari sürücüləri ilə mübarizə apara bilərdi. Bəlkə Saynsı keçərdi, amma podiuma çıxmaq çətin məsələ idi.
Yarışda yüksək sürət yoxdursa, ötmə etmək çox çətin olur. Buna görə də podium mümkünsüz idi”.