F-1.az xatırladır ki, Qrojan Eriksson ilə yaşadığı insidentdən sonra isveçli sürücü üçün “axmaq kimi sürür” demişdi.
Amma Erikssonun fransalı sürücüyə cavabı gecikməyib: “Bu axmaqlıqdır. Roman mənə zəng etdi və ağzına gələni dedi. Axmaq olduğumu, kor kimi sürdüyümü dedi. Qrojan yetkin birisi kimi davranmadı.
Mənə qışqırdı. Ona dedim ki, sakit ol, amma qulaq asmadı. Daha sonra jurnalistlərə də eyni sözləri dedi. Bu uşaq hərəkətidir, həvəskar hərəkətidir, tərbiyyəsizlikdir. Bunu qəbul edə bilmərəm.
Yarış pis keçmişdi və məyus idi. Amma 2012-ci ildə təhlükəli sürdüyü üçün lisenziyası dondurulan bir sürücünün bunları deməsi bir az qəribədir”.