F-1.az xatırladır ki, britaniyalı sürücü 2013-2014-cü illərdə Marussia komandasında çıxış etmiş və daha sonra İndyCar seriyasına keçmişdi.
Maks Çilton: “Formula1-in hazırkı problemi liderlə sonuncu yer arasında 4 saniyəlik fərqin olmasıdır. Belə olan halda buna idman demək olmaz. İdmanda rəqiblər mümkün qədər bir-birilərinə yaxın olmalıdırlar. Avtoidmanda isə bu olmayacaq. Mümkünsüzdür. Lakin İndyCar gələn ildən təkistehsalçılı seriya olacaq. Hamıda eyni aeropaket olacaq və mühərriklər arasındakı fərqin az olması ilə idmanda rəqabət daha güclü olacaq”.