F-1.az xatırladır ki, 2017-ci ilin İndyCar çempionu Cosef Nyuqarden bildirmişdi ki, Formula1-də yarışmaq istəyir. Haas komandadısının rəhbəri Günter Ştayner isə demişdi ki, amerikalı sürücülər Formula1-də yarışmağa hazır deyillər.
Maks Çilton: “Bu Cozefin istəyi ilə olmamalıdır. Formula1 özü bunu reallaşdırmalıdır. Formula1 sürücüləri seçəndə bir yönə baxır. Sürücülər ya Formula1-də olmalıdır, ya da komandaların sürücü proqramlarında olmalıdırlar. Çox az hallarda Avropadan kənarda yarışan sürücülərə baxırlar. Bu doğru deyil. İndyCar-a baxmamaları üçün səbəb yoxdur. Məsələn, sabiq komanda yoldaşım Skot Dikson Formula1-də hamı ilə mübarizə apara bilər. Amma onu heç kim görmür. Mercedes-də boş yer olanda da onu görmədilər. İndyCar sürücülərini görmək üçün ənənə dəyişməlidir və ümid edirəm ki, alınar. Çünki istedadlar məhv olur. Buradakı sürücülər Formula1-dəki bəzi sürücülərdən güclüdür”.