F-1.az xatırladır ki, sabiq Formula1 pilotu olan Maks Çilton keçən il İndy Lights seriyasında çıxış etmiş, 1 qələbə qazanmış və mövsümün yekununda 5-ci olmuşdu.
Ganassi Racing komandası tərəfindən verilən rəsmi məlumatda Çiltonun qarşıdakı mövsüm komandanın tərkibində İndyCar-da çıxış edəcəyi bildirilib.
Maks Çilton: “Ganassi ilə İndyCar-a qoşulmaq əla hissdir. Böyük və bir çox uğurları olan, hər kəsin arzuladığı komandadayam”.
Qeyd edək ki, Maks 2013-2014-cü illərdə Formula1-də Marussia (indiki Manor) komandasının tərkibində çıxış edib və 35 yarışda start alıb. Ən yaxşı nəticəsi 2014-cü ildə Avstraliya və Bəhreyn yarışlarında əldə etdiyi 13-cülük olub. O, qəribə bir rekorda sahibdir. Belə ki, Formula1-də çıxdığı ilk 25 yarışın hamısında finiş görüb və bu nəticəyə görə bütün digər pilotları qabaqlaya bilib.