F-1.az xatırladır ki, Budkovski bir neçə gün əvvəl FİA-dakı vəzifəsindən istefa vermişdi. Müqavilə şərtlərinə əsasən, polşalı mütəxəssis 3 ay ərzində heç bir komandada işləyə bilməyəcək. Amma Auto Motor und Sport xəbər verir ki, Martsin bu yasaqdan sonra bir komandada işləməyə başlayacaq. Xəbərdə bu komandanın Renault olduğu yazılıb.
Lakin bu keçid McLaren-in idman direktoru Erik Bulyeni narahat edib: “Bu cür vəzifədə işləyən adamlar istefasından sonra ən azı bir il ərzində heç bir komandada işləməməlidirlər. Əks halda, komandalar FİA-ya sistemləri ilə bağlı məlumat verməzlər”.