M.Budkovski: Hər şey iki həftə sonra bilinəcək

Alpine komandasının rəhbəri Marçin Budkovski bildirib ki, hər şey Bəhreyn Qran Prisində məlum olacaq.

F-1.az xatırladır ki, Alpine komamdası qış testlərində inamlı təsir bağışlayıb. Fransa komandası üç gün ərzində 396 dövrə vurub.

Marçin Budkovski: “Testlər yaxşı keçdi. Proqramımız gərgin idi. Altıgünlük işi üç gündə görməyə çalışdıq və böyük problem yaşamadan proqramı yerinə yetirdik. Komanda əsasən aerdodinamika testi elədi. Reqlamentə görə dəyişən detallara fokuslandıq. Fərqli sazlanmaları sınadıq və sürücülərin bolidə uyğunlaşmasına kömək etdik.

Hamı əla işlədi və bazadakı işçilər də bizə dəstək verdilər. Gündəlik 130 dövrə hədəfini tamamladıq və üç gün ərzində performansımız artdı. Ancaq bütün komandalar proqram üzrə işlıdilır və əsl vəziyyəti iki həftə sonra Bəhreyndə görəcəyik. Yeni mövsümə hazırıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*