F-1.az xatırladır ki, çempionatın digər iştirakçılarının narazılığına məhəl qoymayan Renault komandası iki ay əvvəl polşalı mütəxəssislə müqavilə imzalamışdı. Deyilənlərə görə, nüfuzlu mühəndis aprelin 1-dən komandanın icraçı direktoru postunu tutacaq və şassinin hazırlanması, istehsalı, modernizasiyası ilə bağlı bütün proseslərə nəzarət edəcək.
Komandalar Martsinin FİA-da tutduğu vəzifəni nəzərə alaraq, belə bir keçidin əleyhinə idilər, amma Siril Abitebul FİA-nın da tövsiyəsindən sonra Martsini aprel ayına qədər gözləməyə hazır olduqlarını bildirmişdi. Bu gün isə komanda rəsmən təsdiq edib ki, Budkovski nəinki mövsümöncəsi testləri, eləcə də martın sonunda keçiriləcək Avstraliya Qran Prisini də buraxacaq.