F-1.az xatırladır ki, iki ildən sonra idmana qayıdan Fernando Alonso ilk yarışlarda xal almaqda çətinlik çəkirdi. Lakin ispaniyalı sürücü son 5 yarışdan xal alaraq, köhnə günlərini xatırlatmağa başlayıb.
Marçin Budkovski: “Fernando ən yaxşı səviyyəsinə qayıtdı. Bunun üçün ona bir neçə yarış lazım oldu, amma belə olacağını özü də bilirdi. Köhnə performansını bərpa etmək üçün komanda ilə birlikdə çoxlu işlədi. Ferando artıq boliddən maksimumu alır.
Avstriyada gözəl performans göstərdi. Fettellə sıralanma turunda insident yaşamasaydı, son sessiyaya asanlıqla keçəcəkdi. Bu hal onun hazır olduğunu göstərir. Fernanso bu mövsümü əvvəlki performansını bərpa etmək üçün yaxşı fürsət kimi görür”.