F-1.az xatırladır ki, ispaniyalı sürücü bu mövsüm idmana qayıtsa da, hələ də özündən gözlənilən performansı sərgiləyə bilməyib.
Marçin Budkovski: “Fernando son iki ildə hər cür yarış maşını sürdü, amma Formula1 bolidi idarə etmədi. Buna görə də bildiyi hər şeyi bütün traslarda yeniləməlidir. O, Bəhreyndə yaxşı performans göstərmişdi. Bunun əsas səbəbi yarışdan əvvəl orada günyarımlıq testlərdə iştirak etməsi idi”.