M.Brandl: “Yeni bolidlər əsl canavara bənzəyəcək”

Sabiq Formula1 sürücüsü Martin Brandl hesab edir ki, 2017-ci ilin Formula1 bolidləri canavar kimi olacaq və yeni bolidlərin yarışlara zərər vura biləcəyini düşünür...

F-1.az xatırladır ki, gələn ildən etibarən texniki reqlamentdə dəyişikliklər olacaq və bolidlərin asfaltayatma qüvvəsi artacaq.

Brandl düşünür ki, bolidlərdəki əlavə asfaltayatma qüvvəsi hibrid turbo mühərriklərin gücünü və fırlanma anını maksimum səviyyədə tamamlayacaq.

Brandl hesab edir ki, bu qədər güc birləşsə, ötmələrin sayı ciddi formada azala bilər: “Qətiliklə deyə bilərəm ki, fərqli olacaq və bolidlər vəhşiləşəcək. Düşünürəm ki, yarışları maraqlı etməkdənsə, daha da pis vəziyyətə salacayıq. Bəzi söz-söhbətlərə görə, sürətlü döngələr düzlüklərə dönəcəklər.

Diffuzoru qazburaxma sistemindən bəslənən Red Bull-u sürmüşdüm. O bolidi tam sürətlə sürmək asan idi.

Mercedes, Force İndia və Ferrari-ləri də sürmüşəm. Səsləri yaxşı olmasa da, mühərrikləri çox güclü və dözümlüdür. Bunu daha çox asfaltayatma qüvvəsi və 25 faiz enli təkərlərlə birləşdirsək, bir canavar yaradarıq. Bunlar yarışları daha yaxşı vəziyyətə gətirməyəcəklər. Əylənmə zonaları da qısa olacaq. Daha çox asfaltla ilişmə 4-5 metr qısa əylənmə zonası deməkdir. Bu da o deməkdir ki, ötmə etmək üçün daha az fürsət olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*