F-1.az xəbər verir ki, təcrübəli mütəxəssis təsiredici görünən qırmızı rəngla yanaşı, qara rəng çalarlarına sahib olan maşını dumanlı havada müşahidə etməyin çətin olacağını düşünür.
Martin Brandl: “Arxa qanadın görünüşünü sevirəm. Müasir karbon lifi hazırda Formula1-də üstünlük təşkil edir və çəki limiti bu il 2 kq endirilib, baxmayaraq ki, keçmişdə əksər komandaların artıq çəkisi olan maşınlarla bağlı problemləri olub. Ancaq buludlu bir gündə Alfa Romeo-nu nəinki televiziya ekranlarında, hətta yolun kənarında dayanan müşahidəçi üçün belə görmək çətin olacaq”.