F-1.az xatırladır ki. fransalı mütəxəssis 2023-cü ildən etibarən Ferrari-nin yeni rəhbəri olacaq.
Martin Brandl: “Ferrari-yə rəhbərlik etmək Dünyanın ən çətin işlərindən biridir. Ömrüboyu Ferrari-də işləmiş Binottonu qovdular və Frederik Vassyörü gətirdilər. Onu Ferrari-də çətin günlər gözləyir.
Vassyör avtoidmanda uğurlu olsa da, bu aşaöı seriyalarda və Alfa Romeo-da oldu. Bəs Ferrari-də bacaracaq? Bu dəqiq deyil. Görək Ferrari-ni təkmilləşdirə biləcəkmi?
Əgər komanda Vassyörü Leklerə görə gətirdisə, çox səhv qərardır, çünki Vassyörün Lekleri ön plana çıxarmaqdan vacib işləri olacaq. Ferrari-nin iki güclü sürücüsü var. Hər ikisinin də dəstəyə ehtiyacı var. Buna görə də Vassyör təkcə Lekleri düşünməməlidir. Burada dostluqlar yox, güclü bolidin hazırlanması vacibdir”.