M.Brandl: “Rosberq artıq qələbə maşınıdır”

Mercedes AMG-nin qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, İspaniyadakı qəzanın günahkarı Lyuis Həmiltondur.

F-1.az xatırladır ki, Həmilton yarışa pouldan başlamışdı və ilk dövrədə Rosberq ilə insident yaşayaraq, özünün də, Rosberqin də yarışı vaxtından əvvəl dayandırmasına səbəb olmuşdu.

Lauda yarışdan sonra bildirmişdi ki, günah Həmiltondadır.

Əfsanəvi sürücü yenə də sözlərinin arxasında durub: “Kimin günahkar olduğu ilə bağlı suallardan narahatam. Günah 70 faiz Həmiltondadır, 30 faiz isə Rosberqdədir.

Nikonu səhv trayektoriyadan keçmək istədi və bu açıq-aşkar görünür. Niyə səhv? Çünki hər hansı bir peşəkar sürücü öndədirsə və birdən yavaşlayırsa, yerini qorumağa çalışacaq və məntiqlə daxili trayektoriyanı bağlayır.

Bəlkə 2015-ci ildə olsaydıq, Lyuisin hücumu nəticə verərdi. Amma o günlər geridə qaldı. Niko artıq Lyuis və ya Fettel kimi sürür. Buna görə də insident yaşadılar”.

Sabiq Formula1 sürücüsü Kristian Danner düşünür ki, Rosberq Həmiltona çətin rəqib olduğunu göstərib: “Lyuis artıq başa düşməlidir ki, “Mən gəlirəm, mənə yer aç” hücumları ilə komanda yoldaşını qorxuda bilməz. Kimdir günahkar? 50 faiz Niko, 50 faiz Lyuis”.

Martin Brandl da Danner kimi fikirləşir: “Lyuis startda liderliyi itirdikdən sonra əlinə düşən ilk fürsətdə yerini bərpa etmək istədi.

Rosberq sərt müdafiə olundu, amma bunun səbəbi səhv mühərrik rejimi idi. Amma biz yeni Nikonu gördük. İki il əvvəl olsaydı, o, ikinciliyi qəbul edərdi, amma indi o əsl qələbə maşınına dönüb”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*