F-1.az xatırladır ki, keçən ilin Dünya Çempionu Red Bull bu mövsümə də əla başlayıb və testlərdə hamıdan güclü görünüblər.
Martin Brandl: “Yaxşı görünürlər. Aerodinamik cəhətdən cəzaları var. Məncə, mövsümə yaxşı başlayıb, xırda nüansları düzəltsələr, işləri asan olacaq. Bu cəza onlara təsir etməyəcək.
Red Bull hazırda çempion kimi ilk boksdadır və buna görə də rahatdırlar. Bolid də dözümlüdür. Ferstappen getdikcə təcrübə qazanır və daha rahat olur. Hər şeyə nəzarət edə bilir. Orada istedadlı adamlar çoxdur. Ədrian Nyuini də ora əlavə edəndə ortaya gözəl tablo çıxır”.