F-1.az xatırladır ki, Red Bull Saxirdəki mövsümün ilk yarışında asanlıqla qələbə dublu əldə etsə də, yarış boyu Maks Ferstappen problemlərdən gileylənmişdi.
Martin Brandl: “Yarışdan sonra bir neçə əsas sima ilə danışdım və Bəhreyndə Red Bull üçün hər şey göründüyü qədər sadə deyildi. Hər iki maşında yeni yanacağın ötürülməsi boruları quraşdırılıb və yarışda komanda hər iki maşında bununla bağlı yaranan problemləri həll etməyə çalışırdı.
ALakin hər nə baş versə də, asan qələbə qazandılar və Maks istəsə daha 10 saniyə də öndə ola bilərdi. Əminəm ki, gələcək yarışlara enerji saxlamaq üçün son dövrələrdə mühərrik gücünü azaltdılar. Eyni zamanda, Maks seçilmiş strategiyadan asılı olmayaraq bu yarışda qalib gələ bilərdi”.