F-1.az xatırladır ki, mövsüm başlayandan Corc Rasselin adı Mercedes-lə hallanır. Britaniyalı sürücü də boş dayanmır və son yarışlarda gözəl performans göstərir.
Mercedes keçən həftə Lyuis həmiltonla daha 2 il müqavilə uzatdığını elan etmişdi. Lakin ikinci maşında kimin olacağı hələ də müəmmalıdır. Valtteri Bottasın müqaviləsi ilin sonunda başa çatacaq və finlandiyalı sürücü son iki yarışdan podiumla ayrılaraq, komandada layiq olduğunu göstərib.
Ancaq Martin Brandl düşünür ki, Mercedes artıq Britaniyada gənc Corc Rasselin keçidini təsdiqləyə bilər: “Rasselin növbəti mövsümdən Mercedes-lə yarışa bilər və buna təəccüblənmərəm. Komanda bunu Britaniya Qran Prisində elan edə bilər. Niyə də yox? Bu xəbəri vermək üçün mükəmməl yerdir”.