F-1.az xatırladır ki, Rosberq təqaüdə çıxdıqdan sonra Mercedes komandası Williams komandasından Valtteri Bottası transfer etmək istəsə də, britaniyalılar “gümüşü oxlar”ın təklifini rədd etmişdilər. Qarşıdakı günlərdə Mercedes Bottas üçün Williams-a növbəti dəfə transfer təklifi edəcək.
Martin Brandl bildirib ki, Bottasın Mercedes-ə keçəcəyinə inanmır: “Belə görünür ki, gələnilki aerodinamik qaydaların sərhədi olmayacaq və buna görə də böyük inkişaf olacaq. Bütün komandalar həftəsonundan maksimum istifadə etmək üçün iki təcrübəli sürücüyə ehtiyac duyacaqlar. Böyük ehtimalla top komandalarda daha çox inkişaf görəcəyik və Bottas kimi sürücülər daha çox geri bildirim verəcək.
Amma Williams Stroll kimi debütant transfer edib. Buna görə də onların Bottasa daha çox ehtiyacları var. Biz hələ Strollun necə sürücü olduğunu bilmirik. O, Williams-a transfer olunmamışdan əvvəl GP2-də yarışmadı. Pirelli ilə çox test etmədi. Buna görə də Bottas komandada qalmalıdır. Mercedes üçün Verlyayndan başqa alternativ görmürəm”.