F-1.az xatırladır ki, McLaren komandası mövsümə pis başlasa da, Avstraliyada yarışı 5 və 6-cı yerdə bitirərək, 18 xal qazanıb. Bu nəticə ilə turnir cədvəlində 4-cü yerə yüksələn Britaniya komandası azarkeşlərini ümidləndirib.
Martin Brandl: “McLaren Bəhreyndə əyləc soyutma sistemini tez-tələsik dəyişmişdi. İndi isə daha məntiqli formada işləyərək, yeni aero paketə keçirlər. İndidən sonra onların inkişafını gözləyirəm. Norruis və Rikkardo Avstraliyada güclü görünürdülər”.