M.Brandl: Maranelloda yay tətili uzun çəkəcək

Sabiq Formula1 sürücüsü Martin Brandl bildirib ki, yay tətili Ferrari üçün uzun olacaq.

Mövsümün sonuna 9 yarış qalmış Lekler lider Ferstappenə 80 xal uduzur. Bu isə o deməkdir ki, Ferstappen 3 yarış olmasa belə, Lekler yenə də gəlib ona çata bilməyəcək.

Martin Brandl: “Ferrari son yarışlarda ardıcıl səhvlər etməyə başladı. Buna baxmayaraq komanda kimi bir-birlərini dəstəkləyirdilər. Lakin son yarışda 2 və 3-cü yerlərdə başlasalar da, finişə 4 və 6-cı yerlərdə çatdılar.

Davamlı yağış damcılarının düşdüyü trasda Soft təkərləri belə işldədə bilmədilər. Onsuz da Macarıstandakı strategiyaları da məntiqli deyildi.

Artıq çempionatın sonuna 9 yarış qalıb və Fertappen 80 xal öndədir. Bu fərq 3 yarış qələbəsi və 3 sürətli dövrədən belə çoxdur. Bundan başqa Mercedes də Mühəndislər kubokunda sadəcə 30 xal geridədir. Məncə, Maranelloda yay tətili uzun keçəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*