M.Brandl: Maksın problem yaşamasına sevindim

Sabiq Formula1 sürücüsü Martin Brandl bildirib ki, Ferstappenin problem yaşamasına görə sevinib.

F-1.az xatırladır ki, niderlandlı sürücü şənbə günü sıralanma turunda diyircəkli valda problem yaşamış və yarışa 15-ci yerdən başlamalı olmuşdu.

Martin Brandl: “Sözün düzü Maks problem yaşayanda və yarışa 15-ci yerdən başlayacağı məlum olanda çox sevindim. Maksın böyük istedadına qarşı deyiləm, amma ən azından yarışı səbirsizliklə gözləməyə başladıq.

Şarl Lekler 23 yarışlıq marafonun ikinci mərhələsində elektronik idarəetmə blokuna görə cəza aldı və bu şokedici idi. Onun da yarışa 12-ci yerdən başlaması ilə yarış maraqlı oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*