F-1.az bildirir ki, bu nəticə həm komandanın irəliləyişindən, həm də yeddiqat dünya çempionunun hələ də yaxşı formada olmasından xəbər verir.
Lakin Martin Brandl Sky Sports News-da Avstraliyadakı həftəsonunun nəticələrini şərh edərkən, ümumiyyətlə, keçən həftə sonu Mercedes-in nəticələrinin birmənalı olmadığına diqqət çəkib. çünki Corc Rassell yarışı başa vura bilməyib. O bəlkə də hətta qələbə üçün mübarizə apara bilərdi.
Gənc Rassell bu mövsüm baş tutan hər 3 yarışda komanda yoldaşını qabaqlamağı bacarıb. Təcrübəli ekspert də onun təqdirəlayiq olduğunu düşünür.
Martin Brandl: “Corc əla pilotdur. Düşünürəm ki, hazırda iki Mercedes sürücüsü arasından ən yaxşısını seçmək çətindir və bu, Rassell üçün əla tərifdir, çünki biz Lyuis Həmiltonun nə qədər yaxşı və motivasiyalı olduğunu bilirik.