M.Brandl: Lekler sazlanmalara görə geridə qaldı

Sabiq Formula1 pilotu Martin Brandl bildirib ki, Şarl Lekler Kanadada sazlanmalara görə yüksəlməkdə çətinlik çəkib.

F-1.az xatırladır ki, monakolu sürücü yarışa 19-cu yerdən başlasa da, yekunda 5-ci olub. Əksəriyyət Peresin mübarizəni dayandırdığı yarışda Leklerin bu yüksəlişindən narazı qalıb.

Martin Brandl: “Güc qurğusu dəyişdiyi üçün yarışa axırıncı yerdən başladı. Düzlük sürəti yaxşı olsun deyə aşağı asfaltayapışma gücü ilə yarışırıdı. Buna görə də döngələrdə itirirdi. Uzun müddət trafikdə qaldı. Arada təmiz hava hesabına sürətlənirdi. Sonda çıxan təhlükəsizlik maşını isə ona 5-ciliyi gətirdi. Buna baxmayaraq, Ferstappenə qarşı 15 xal itirdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*