F-1.az xatırladır ki, ispaniyalı sürücü son 3 yarışda iki dəfə podiuma yüksəlib. O, Kanada yarışında Ferstappenlə qələbə uğrunda mübarizə aparsa da, rəqibini keçə bilməyib və ikinci yerə razı olub.
Martin Brandl: “Çempionatın lider Maks Ferstappen əfsanələr kimi sürdü, amma Karlos onu 15 dövrə ərzində təzyiq altında saxladı. Karlos da Norris, Rassell kimi yarış qazanmağa hazırdır, ancaq qələbə ondan yan ötür. Karlosu həmişə dəstəkləmişəm və hərdən mənə elə gəlir ki, paddokda bunu edən tək mənəm. Onun yarış tempi çox yaxşıdır. Onun ehtiyacı olan tək şey stabillikdir.
O, bir dəfə qələbə qazansa, ardı gələcək. Ferstappenlə Saynsın mübarizəsini görmək gözəl oldu”.