F-1.az xatırladır ki, keçən il Əbu Dabidə yaşanan hadisələrdən sonra britaniyalı pilot qeyb olubdur. Bəzi iddialara görə yeddiqat Dünya Çempionu karyerasını bitirəcək.
Martin Brandl: “Bəlkə, maraqlandığı başqa şeylər var, amma inanmıram ki, yaxın 3 ya da 5 il ərzində idmandan getsin. Özü də niyə getsin? Reaksiyası hələ yerindədir. Əgər zəifləməyə başlasa, işi çətinləşər. Lakin hələ onda elə simptomlar görünmür.
Mixael Şumaxer təqaüdə çıxanda 40 yaşı keçmişdi və çox səhv edirdi. Çoxumuz elə idik. Daha sonra qəzalar etməyə başlayırdıq və bunun səbəbini bilmirdik. Sebastyan hazırda bu vəziyyətdədir. Lyuis o nöqtəyə gəlməyib”.