F-1.az bildirir ki, Brandlın fikrincə Lyuis səkkizinci mempionluğunu qazanmaq istəyir və Ferrari-yə keçmək istəyə bilər.
Martin Brandl: “Düşünürəm ki, səkkizinci titulun qazanılması Həmilton üçün hər şey deməkdir. Onun üçün bu səddi aşması, ən yaxşısı olması, ən böyük sayılması və hamıdan çox titulun olması vacibdir. Düşünürəm ki, o, mümkün olan hər yerdə çıxış etmək istəyəcək – sırf bu titulu qazanmaq üçün.
Mənə elə gəlir ki, indi Lyuis düşünə bilər: “Bilirsiniz, mən Ferrari-yə gedib onu yenidən qalib komanda etmək istərdim. Niyə gedib orada əylənməyim?” Əminəm ki, bu fikirlər onun beynindən keçir”.