F-1.az xatırladır ki, Belçika yarışında iki sürücü arasındakı fərq 2 saniyədən artıq olmadı. Təhlükəsizlik Avtomobili trasdan çıxdıqdan sonra isə iki sürücü arasında gərgin mübarizə yaşansa da, Həmilton liderliyini qorudu.
Martin Brandl: “Belçika yarışının son dövrələrində Həmiltonla Fettel arasındakı mübarizə az davam etsə də, gözəl idi. Hər iki sürücü də bir-birlərinə yaxşı motivasiya verirlər”