F-1.az xatırladır ki, Sebastyan Fettel Azərbaycan yarışında təhlükəsizlik maşının arxasında Həmiltonun yanına gələrək, özünü britaniyalı sürücüyə çırpmışdı. Almaniyalı sürücü bu hərəkətinə görə 10 saniyəlik dayan və get cəzası alsa da, yarışı yenə də əsas rəqibi Həmiltonun önündə bitirmişdi.
Martin Brandl: “Sebastyan və Həmilton arasında təhlükəsizlik avtomobilin arxasında iki dəfə təmas yaşandı. Onlardan biri bilərəkdən olmuşdu. Həmilton arxasındakı qrupu toplamağa başladı və bir döngədə sürətli deyildi. Arxadan gələn Fettel də ona çırpıldı. Həmiltonun diffuzoru və Fettelin ön qanadı zərər gördü. Fettel özünü ona çırpanda nə düşünürdü? İki bolidə də zərər vermək asan idi və cəza ala bilərdi. İndi 9 cərima xalı var və 12 olsa, bir yarış ban ediləcək. 29 yaşında iki uşaq atası olsa da, özünü uşaq kimi aparır.
Stüardlar qara bayrağa ehtiyac duymadı və 10 saniyəlik dayan və get cəzası tətbiq etdilər. Fettel cəzaya görə pit yolunda 80 km/saatla heç bir təkər dəyişimi etmədən 10 saniyə dayandı. Bu təxminən 30 saniyə edir və dördüncü yerdən geridə çıxmaqla, 13 xal itirdi. Fettel Həmiltona sərt çırpılaraq, onu divara sıxsaydı, onda yarışdan ixrac və ya ban cəzası ala bilərdi. Amma elə etmədi. Məncə, stüardlar düz hərəkət etdilər. Mən olsam, Həmiltonu yarışdan kənarlaşdırmadığı üçün ona ban cəzası verməzdim”.