F-1.az xatırladır ki, iki sürücü 2014-cü ildə Red Bull komandasında birlikdə çıxış etmiş və Daniel Rikkardo dördqat Dünya Çempionunu turnir cədvəlində qabaqlamışdı. Avstraliyalı sürücü 2014-cü ildə komandasına 3 qələbə gətirərək, Mühəndislər Kubokunda ikinci yeri tutmasına kömək etmişdi.
2014-cü ildə komandalar hibrid güc qurğularına keçmişdilər və Fettel bu motorları sevmədiyini demişdi. Almaniyalı sürücü 2015-ci ildə Ferrari-yə keçmiş və yaxşı mövsüm keçirərək 3 qələbə qazanmışdı.
Martin Brandl: “Sebastyanın 2014-cü ildəki performansını heç vaxt anlmadım. Hibrid motorlardan nifrət etdiyini deyirdi, ancaq Ferrari-yə keçdikdən sonra yaxşı performans göstərməyə başladı. Bəlkə də, müqaviləsindəki maddəyə görə yavaş sürdü və komandadan ayrıldı. Çünki orada daha bir il qalsaydı, dəyəri sıfıra düşəcəkdi”.