M.Brandl: “Ferstappenin məyusluğu üzündən oxunur”

Sabiq Formula1 sürücüsü Martin Brandl bildirib ki, Red Bull komandasının sürücüsü Maks Ferstappen bu mövsüm çox məyusdur.

F-1.az xatırladır ki, Ferstappen hazırda komanda yoldaşı Rikkardonu 13 xal qabaqlasa da, lider Fetteldən 51 xal geridə qalır. Red Bull komandası isə Mühəndislər Kubokunda cəmi 57 xal toplayaraq, 3-cü yerdə qərarlaşıb.

Martin Brandl: “Maks o qədər ağıllıdır ki, tövsiyəyə ehtiyacı yoxdur. Amma bolidinin tempinin aşağı olması onu məyus etməməlidir. Üzündən məyusluğu oxunur.

Mercedes və Ferrari arasında çempionluq uğrunda mübarizə davam edəcək. Hər iki komandanın da sürücü heyəti mükəmməldir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*