Martin Brandl: “Ferstappenin sürüş üslubunu Mixael Şumaxerinkinə bənzətdim. Hər nə qədər təkərləri qorumaq üçün maşını yavaş sürsə də, vəziyyətə nəzarət edirdi. Ferstappen və Red Bull bu il müvafiq olaraq, Şarl Lekler və Ferrari-ni çox qabaqladılar”.
Qeyd edək ki, Maks son yarışında da qalib gələrək mövsümdəki qələbə sayını 15-ə çatdırıb. O, geridə qalan mövsümdə həm də ardıcıl ikinci titulunu qazanıb.