M.Brandl: Bəhreyndə hər şey Aston Martin üçün bitə bilərdi

Sabiq Formula1 sürücüsü Martin Brandl düşünür ki, Aston Martin komandasının iki sürücüsü də Bəhreyn yarışının startında mübarizəni dayandıra bilərdilər.

F-1.az xatırladır ki, Bəhreyn yarışının startından sonra Ləns Stroll dördüncü döngədə Alonsoya arxadan təmas etmişdi.

Martin Brandl: “İki Aston Martin sürücüsünün ilk dövrənin dördüncü döngəsində təmas etməsi fərqli ssenarilər yarada bilərdi. Fernandonun sağ arxa təkəri partlayardı və Lənsin ön qanadı qırılardı.

Yarışdan sonra Fernando maşından düşdü və “Ləns, sən mənim qəhrəmanımsan” dedi. Orada başqa sözlər də işlədə bilərdi. Yarış vaxtı radiodan ona vuran sürücünün cəza alıb-almadığını soruşması gülməli idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*