M.Brandl artan təqvimdən narazıdır

Sabiq Formula1 sürücüsü Martin Brandl düşünür ki, 23 yarışlıq təqvim həddən artıq çoxdur.

F-1.az xatırladır ki, bu il ilk dəfə təqvimdə 23 yarış olacaq. Lakin bu sayın 25-ə yüksəldilməsi planlaşdırılır. Belə olan halda komandaların da işi çətinləşəcək. Bəziləri düşünür ki, yarışlar artacağı halda, idmanın dəyəri düşəcək.

Martin Brandl: “18 yarışlıq təqvimi daha çox sevirəm. Maksimum 20 yarış olmalıdır.

Keçən il 23 həftədə 18 yarış keçirdik. Hamısı Avropa və yaxın şərqdə baş tutdu. Ancaq yarışlar bütün dünyada olanda səyahət etmək çətinləşəcək. Problem təkcə səyahət deyil. Saat fərqi də işi çətinləşdirir.

Düşünürəm ki, 23 yarışlıq təqvim çox uzundur. Mövsümün sonunda hamı çox yorulacaq. Yarışın sayını pula görə artırırlar. Yarış çoxdur. Berni həmişə “Futbol mövsümü ərzində neçə oyun var” soruşardı. Mən isə onu deyirdim ki, azarkeşlər müəyyən klubları izləyirlər. Məsələn, bir nəfər Manchester United azarkeşidirsə, sadəcə onun oyunlarını izləyirlər. Formula1-ə belə yanaşmaq olmaz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*