M.Brandl: Alpine itaətkar strategiya seçdi

Sabiq Formula1 sürücüsü Martin Brandl bildirib ki, Alpine komandası Monakoda Okon üçün itaətkar strategiya seçiblər.

F-1.az xatırladır ki, Okon Monako yarışına üçüncü yerdən başlasa da, öndəki rəqibləri Maks və Fernandonun tempinə cavab verə bilməyib. O, arxasındakı rəqibləri strategiyasını kopiyalayaraq, 32-ci dövrədə pitə gəlib və beləliklə komandasına 2021-ci ilin Qətər yarışından sonra ilk podiumu qazandırıb.

Sky Sports kanalının şərhçisi Martin Brandl düşünür ki, komanda bu taktika ilə məğlubiyyəti qəbul edib: “Alpine və Okon yarışa üçüncü yerdən başladılar və təkər qorumağa qərar verdilər. Bu məni narahat edir, çünki 78 dövrəlik yarışın 32-ci dövrəsində pitə gələndə təkərlərdə hələ ilişmə yaxşı idi. Ancaq öndəkilərdən o qədər geridə idi ki, onlar müvəqqəti problem yaşasalar, bundan faydalana bilməyəcəkdi. Bu ardadakıları nüsxələyən itaətkar strategiya idi. Ancaq onlar bu podiuma görə çox sevindilər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*