M.Brandl: Alonsonu belə çarəsiz görməmişdim

Sabiq Formula1 sürücüsü Martin Brandl bildirib ki, Fernando Alonsonu Meksikadakı kimi çarəsiz görməyə öyrəşməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Meksika yarışında 7-ci yerdə gedərkən, motoru partlayıb və mübarizəni dayandırıb. Bu ikiqat Dünya Çempionunun builki 5-ci motor problemidir.

Martin Brandl: “Orta qrupda çox qəddar hadisələr baş verdi. Lkin Fernando Alonso güc qurğusu partlayana qədər orta qrupun lideri idi. O qədər qərarlı və istəkli idi ki, maşından düşəndə çarəsizlikdən başını bariyerlərə dirədi. Onu belə çarəsiz görməmişdim, amma bu il etibarsızlıq probleminə görə çox xal itirdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*