M.Binotto: “Yeniliklər əla işləyir”

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, təkər problemlərinin səbəbi Bakıya gətirdikləri yeniliklər deyil.

F-1.az xatırladır ki, “qırmızılar” Bakıya yeniliklərlə gəlsələr də, növbəti dəfə Mercedes-ə məğlub olublar. Fettel isə geri qalma səbəblərinin təkərlər olduğunu deyib.

Mattia Binotto: “Məncə, bunun yeniliklərlə əlaqəsi yoxdur. Təkərlərə nəzarət etmək asan deyil. Bu trasda təkərləri işlətmək çətindir. Təkərlər gec qızır.

Yeniliklər gözlənildiyi kimi işləyir. Bunlar hələ ilk yeniliklərimizdir və növbəti yarışlara yenə gətirəcəyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*